Ana Sayfa > Xəbər > Bu gün İrəvana gedən BQXK-nın avtomobilləri Xankəndiyə qayıdıb - VİDEO

Bu gün İrəvana gedən BQXK-nın avtomobilləri Xankəndiyə qayıdıb - VİDEO


24-12-2022, 14:10. Yazar: admin


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün İrəvana gedən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üç maşını Xankəndiyə geri qayıdıb.

Onlar azyaşlı və ailəsini, həmçinin Xankəndiyə aparılan dərman preparatlarını daşıyıblar. Bundan başqa, aksiya keçirilən ərazidən Rusiya sülhməramlı kontingentinə məxsus iki təminat maşını Laçından Xankəndi istiqamətinə keçib. Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.


Geri dön