Ana Sayfa > Xəbər > “Ona ağ köynək lazım idi amma ağ kəfən qisməti oldu... “ -Dəfn mərasimindən...
“Ona ağ köynək lazım idi amma ağ kəfən qisməti oldu... “ -Dəfn mərasimindən...20-05-2015, 13:51. Yazar: admin |
Binəqədidə alışan 16 mərtəbəli binada yaşayan bir ailə iki əzizini itirdi dünən. Anspress-in məlumatına görə, dünənki yanğında həlak olan 60 yaşlı Bağırova Firəngiz Rəhim qızı və 46 yaşlı Bağırov Sahibin boğulmuş və yanmış cəsədləri bu səhər Göy Məsciddə yuyuldu. Bu ailədə iki ay əvvəl yas olmuşdu. Ailənin böyüyü Rəhim kişidən sonra oğlunu və qızını da öz arxasınca apardı. Onların yas mərasimi böyük qardaşlarının yaşadığı binanın həyətində qurulmuş çadırda düzənlənmişdi. Meyidlər məsciddən birbaşa ora aparıldı. Bir gündə bacısını və qardaşını itirmiş Məlahət Bağırova demək olar ki, başını itirmişdi. Artıq bu dünyada olmayan Firəngiz və Sahiblə bir mənzildə yaşadığını deyən Məlahət xanım, dünəndən bəri yanmış mənzillərinə daxil ola bilmədiyini deyir: Yas çadırına asmaq üçün bacı-qardaşımın şəkli lazımdır. Evə girə bilmirik ki, lazım olan şeyləri götürək. Bacımın məclisidir, şəklini tapa bilmirik. Qardaşıımınkını isə telefondan tapıb, böyütdürmüşük. Məni Fatmayiyə göndərirdilər, bacı-qardaşımın meyidini qoyub heç yerə gedə bilmədim. Ora getsəydim, səhər-səhər necə qayıdacaqdım bura? Gecəni küçədə keçirmişəm, öz evimizə girməyə qoymurlar, dünəndən bəri əynimizin paltarını belə dəyişməmişəm". Dərdli bacı əzizlərinin həm boğulduğunu, həm də yandığını deyir: "Bacım demək olar ki, tam yanmışdı, qardaşımın isə bədəninin yarısı yanmışdı. Xəbəri eşidən kimi tələsik gəldim, amma gec idi artıq. Dərdim böyükdür, dünən şokda idim. Yas çadırına asmaq üçün bacı-qardaşımın şəkli lazımdır. Evə girə bilmirik ki, lazım olan şeyləri götürək. Bacımın məclisidir, şəklini tapa bilmirik. Qardaşıımınkını isə telefondan tapıb, böyütdürmüşük". Məlahət xanım bacısı və qardaşı ilə birlikdə binanın 14-cü mərtəbəsində 3 otaqlı mənzildə yaşayırmış: "Biz üçümüz də ailə qurmamışdıq. Biz bacılar ümidimizi qardaşımıza bağlamışdıq, onun ailə qurmasını istəyirdik. Sahibi evləndirməyə hazırlaşırdıq. Xeyir işimiz olacaqdı... Sahib səhər Firəngizə demişdi ki, ona ağ köynək alsın. Ağ kəfən qisməti oldu... " Firəngiz Bağırova müəllimə idi, dünən saat 12-də dərsi vardı. Gedə bilmədi... Geri dön |