Ana Sayfa > Xəbər > Nazir: Səudiyyə Ərəbistanının iki əsas fondu Qarabağa yatırım edə bilər

Nazir: Səudiyyə Ərəbistanının iki əsas fondu Qarabağa yatırım edə bilər


19-12-2022, 10:23. Yazar: admin


İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər.

Vertikal.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər.

Nazir həmçinin əlavə edib ki, indiyə qədər Qarabağın yenidən qurulmasına 4 milyard dollar vəsait xərclənib.
Geri dön