Ana Sayfa > Xəbər > ETSN: Sülhməramlıların nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb

ETSN: Sülhməramlıların nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb


12-12-2022, 16:17. Yazar: admin


Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, buna görə indi orda aktivistlər aksiya keçirir və etirazlarını bildirirlər.

“Əsas tələb yataqlarımızın istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır”, - nazir müavini əlavə edib.


Geri dön