Ana Sayfa > Xəbər > Yanan binanın qarşısında polislə sakinlərin qarşıdurması - Video
Yanan binanın qarşısında polislə sakinlərin qarşıdurması - Video20-05-2015, 11:00. Yazar: admin |
19 mayda Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında axşam saatlarında polislə binaya baxmağa gələn sakinlər arasında qarşıdurma olub. Polislər vətəndaşları binadan uzaqlaşmağa çağırıblar, bu isə onların narazılığına səbəb olub. Polis: Xanım, xahiş edirəm qırağa dur. Qadın: Qorxursunuz ki, camaat mitinq edər, yol kəsər? Polis: Qoyun camaat işin görsün. Get otur evində , nəyə baxırsan ? Qadın : Niyə, niyə oturum evimdə ? Millət ölüb, millətin fəryadına gəlmişəm. Niyə otururam evimdə? Polis : Fəryadına gələrsən, lazım olanda gəlib köməkləşib evin alarsan, evin düzəldərsən. Qadın : Evin düzəldərəm? Camaatdan qorxurlar ki, yolu kəsərlər, ona görə camaatı qışqırdırlar. Polis : Yolu kəsənin də cəzası var. Aparıb cəzasın veririk. Dubinka var... Get... Qadın : Getmirəm. Döyüb öldürəcək məni, qoy öldürsün. Millətimi qırıblar, ona baxıram. Polis işçisinin onu vurduğunu deyən sakin polis və digər hüquq-mühafizə orqanının işçiləri ilə əlbəyaxa olub. Daha sonra vətəndaş sakitləşdirilərək ərazidən çıxarılıb. Geri dön |