Ana Sayfa > Xəbər > Çavuşoğlu Polşaya səfər edəcək

Çavuşoğlu Polşaya səfər edəcək


30-11-2022, 10:47. Yazar: admin


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Polşaya səfər edəcək.

Vertikal.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında bildirilib.

XİN rəhbəri Polşanın Lodz şəhərində 1-2 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirak edəcək.

İclasda ATƏT-in gündəliyinə daxil olan məsələlər, Ukraynadakı vəziyyət və s. müzakirə olunacaq.

Əlavə olunub ki, Mövlud Çavuşoğlu öz həmkarları ilə bir sıra görüşlər də keçirəcək.
Geri dön