Ana Sayfa > Xəbər > UNEC kollektivi Şəhid Rüfət Əsgərovun əziz xatirəsini yad edib - FOTOLAR

UNEC kollektivi Şəhid Rüfət Əsgərovun əziz xatirəsini yad edib - FOTOLAR


28-11-2022, 13:33. Yazar: admin


UNEC-in Şəhid məzunu Rüfət Əsgərovun qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından iki il ötür.
Vertikal.az xəbər verir ki, Şəhidimizin əziz xatirəsini yad etmək məqsədilə 26 noyabr tarixində UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva, departament üzrə Həmkarlar Komitəsinin sədri Gülnar Dadaşzadə, proqram rəhbəri Fəqanə Əhmədova və departamentin dosenti Mətanət Əmrahova Suraxanı qəsəbəsində keçirilən ildönümü tədbirində iştirak etdilər.

Qeyd edək ki, departamentin müdiri Gülnarə xanım Şəhidimizin müəllimi olub. Gülnarə xanım çıxış edərək şəhid Rüfət Əsgərovla bağlı xatirələrini bölüşdü və UNEC ailəsi olaraq daim onun xatirəsini əziz tutduqlarını qeyd etdi.

Allahdan bütün Şəhidlərimizə Rəhmət diləyir və onları vətənpərvər ruhda böyüdən analarının qarşısında baş əyirik.





UNEC kollektivi Şəhid Rüfət Əsgərovun əziz xatirəsini yad edib - FOTOLAR
Geri dön