Ana Sayfa > Xəbər > Həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə atılan addımlar ölkəmiz üçün çox əlverişli olmuşdur

Həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə atılan addımlar ölkəmiz üçün çox əlverişli olmuşdur


23-11-2022, 22:10. Yazar: admin


21 Noyabr tarixində Yeni Azərbycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev çıxış edib.
İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının tarixindən bəhs edib. SSRİ-nin dağılması dönəmində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müəyyən vaxtlarda çətin günlərdən keçmişdir. Lakin, bütün bu çətinliklərə baxmayaraq partiya öz işinin öhdəsindən gəlmişdir. Birinci Qarabağ müharibəsi dönəmində də Yeni Azərbaycan Partiyası xalqın yanında olmuş, ağır problemləri öz öhdəsinə götürmüşdür.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra xalqın həyat səviyyəsi daha da yaxşılaşmışdır. Xalqın bütün dərdlərini dinləmiş, hər zaman xalqın içində olmuşdur. Qısa bir zamanda xalqın rəğbətini qazanan Ulu Öndər yürütdüyü uğurlu siyasət nəticəsində öz dövlətini bir sıra xarici təşkilatlarda təmsil etmişdir.
Qısa vaxt sonra Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Heydər Əliyevin ölkə daxilində yürütdüyü siyasət çox uğurlu siyasət olmuşdur. Quruculuq sahəsində çox böyük addımlar atmışdır. Həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə atdığı addımlar ölkəmiz üçün çox əlverişli olmuşdur.
Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı və bu Öndərin Azərbaycan xalqına onun firavan həyat tərzinə bir töhvəsidir.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 2005-ci ildən Türkiyə və Gürcüstana, Bakı-Mozdok və Bakı-Astara kəmərləri ilə 2009-cu ildən həm də qonşu Rusiya və İrana qaz ixrac edir, o zaman xarici bazarlara sərbəst çıxmaq və öz qazını müstəqil şəkildə ixrac etmək istiqamətində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunubdur.
Güclü ordu quruculuğu Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bizim indi heç kimdən qorxumuz yoxdur və heç kim bizi heç bir şeylə qorxuda bilməz. Çünki 44 günlük müharibə zamanı şanlı ordumuzun şücaəti və hünərinə bütün dünya şahid oldu. Hətta ordumuzun hərbi taktikaları ilə maraqlanan ölkələr belə oldu.
Respublikamız daim öz imkanlarını təqdim edərək regional və qlobal müstəvidə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməyə çalışır. Bu gün Azərbaycan elə ölkələrdəndir ki, heç bir transmilli güc mərkəzi, heç bir böyük dövlət ölkəmizlə diktat dili ilə danışa bilməz. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərini paritet əsaslarla qurur, milli maraqları daim öndə saxlayır.
Belə xoş mərama əsaslanan prinsipial xarici siyasət beynəlxalq miqyasda Azərbaycana böyük nüfuz və hörmət qazandırıb. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapıb: “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq, bu təsisatın inkişafına da böyük töhfə vermişik.
Heydər Əliyev hər zaman gənc nəslin yanında olmuş, onların gördüyü işləri hər zaman diqqət mərkəzində saxlamışdır.
Tarix boyu Azərbaycanda digər xalqlar yaşamışlar. Ulu Öndər də hər zaman digər xalqlara xüsusi diqqət göstərmiş, öz xalqından ayırmamışdır. Ondan sonra bu ənənə yenə də davam edir.
Bildiyimiz kimi tarix boyu bizim ən böyük düşmənimiz Ermənistan olmuşdur. Biz onunla dostluq əlaqəsində olduğumuzu düşünərkən, sən demə o bizə qarşı hər zaman xain hislər keçirirmiş. Birinci və İkinci Qarabağ müharibəsində də onların əsl üzü ortaya çıxmışdır. Bizə qarşı digər dövlətləri yalan yerə doldurmuş, əsassız ittihamlar irəli sürürdülər. Lakin İlham Əliyevin yürütdüyü siyasət onların bütün planlarını pozmuşdur.
Ermənistan başa düşməlidir ki, nə təxribat törətsə də, Azərbaycan xalqı hamısından üzü ağ çıxacaqdır.
30 il ərzində Azərbaycan xalqının ən böyük problemi Qarabağ problemi olmuşdur. Ulu Öndər Heydər Əliyevi də bu problem hər zaman narahat etmişdir. Müharibənin olmağını istəməyən lider hər zaman qarşı tərəflə sülh yolu ilə danışıqlar aparmağa cəhd göstərmişdir. Lakin qarşı tərəf buna heç vaxt əhəmiyyət verməmişdir.
İlham Əliyev Ulu Öndərin siyasətinin davamçısı olaraq, bu prinsipə sadiq qalıb o da sülh yolu ilə torpaqlarımızı geri almaq istədi, lakin Ermənistan tərəfi yenə öz xain planlarından əl çəkmədi.
44 günlük müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Düzdür, bu müharibə qanla bitsə də, 30 illik Qarabağ problemi artıq öz həllini tapdı. İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu.
Biz həqiqətən böyük xalqıq: 30 illik səbrin və 44 günlük müharibənin bəhrəsi olaraq bu gün tikib yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Bu quruculuq işlərində sadə vətəndaşdan tutmuş ən yüksək vəzifə sahibinə kimi cənab Prezident İlham Əliyevin yanında olmalıyıq.
Biz daima onun daxili və xarici siyasətini dəstəkləyir, Prezidentimizlə qürur düyuruq

Sədai Vəlibəyli
Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi


Geri dön