Ana Sayfa > Xəbər > Əfv siyahısı prezidentə göndərilib
Əfv siyahısı prezidentə göndərilib20-05-2015, 10:08. Yazar: admin |
İnsan Haqları üzrə Birgə İşçi Qrupu artıq əfv siyahısını Prezident Administrasiyası və Əfv Komissiyasına göndərib Siyahıya 15 nəfər siyasi məhbusun adı salınıb. Bunlar əsasən barələrində məhkəmə qərarı olan məhbuslardır. Qurumun üzvü Səadət Bənəniyarlı müsavat.com-a açıqlamasında işlərinin davam etdiyini, son qərarın ölkə başçısından asılı olduğunu söylədi: “Əlimizdən gələni edirik. Müəyyən adamlarla danışıqlarımız davam edir. Artıq Əfv Komissiyası və digərlərinin işi bitib. Qərarı gözləyirik. Bu həftə də gözləyək. Əfvin verilməsi üçün kifayət qədər amillər var. İlk növbədə, Avropa Oyunları ilə bağlı beynəlxalq aləmin diqqəti ölkəmizə yönələcək. Əfvin verilməsi həm yerinə düşərdi, həm də böyük humanist addım olardı. Belə addımların şahidi olmuşuq. İndi də böyük ümidlə gözləyirik”. Hüquq müdafiəçisi hazırladıqları əfv siyahısından da söz açdı: “Cəmiyyətimizin diqqətində olan bütün insanların adlarını təqdim etmişik. Amma ad çəkməyim doğru olmazdı. Veriləcək əfvdə o insanların adının olması təkcə bizim üçün yox, hamı üçün böyük töhfə olardı. Keçən dəfə bir neçə məhbusun adını çəkdik. Amma azadlığa çıxmadılar. Onların özünə də pis təsir etdi. Biz sadəcə müraciətimizi edib, siyahımızı vermişik”. Səadət Bənəniyarlı Avropa İnsan Haqları Məhkəməsinin barələrində qərarları olan məhbuslardan da danışdı: “Avropa Oyunlarından asılı olmayaraq, adlarını qeyd etdiyiniz, Avropa Məhkəməsinin barələrində qərarları olan insanların azadlığa çıxmalarını biz də çox istəyirik. Bu qərarlar əsasında bildiyimiz kimi, Əli İnsanovun məhkəməsi yenidən keçirildi. Biz humanistlik göstərilib, bu insanların azadlığa buraxılmasını xahiş edirik. Qaldı ki, həmin məhbusların özlərini təqsirsiz bilmələrinə, bu, onların şəxsi işləridir. Bizim üçün onların azadlığı önəmlidir”. Geri dön |