Ana Sayfa > Xəbər > Xalq artisti: “Məni fərəh bürüyür...”
Xalq artisti: “Məni fərəh bürüyür...”20-05-2015, 10:01. Yazar: admin |
“Türkiyədə bu haqda reklam veriləndə qürur hissi keçirirəm”. Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan xalq artisti Firəngiz Mütəllimova Axar.az-a bildirib: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlamətdar haldır. Hətta qonşu – qardaş ölkə olan Türkiyədə bu haqda reklam veriləndə qürur hissi keçirirəm. Ümumiyyətlə, xarici kanallarda ölkəmizlə bağlı nəsə görəndə məni fərəh bürüyür. Bu, həm daxili, həm xarici siyasətdir. Eyni zamanda gənclərin sağlamlığını, inkişafını əks etdirən tarixi bir hadisədir. Bu turnirin ölkəmizdə keçirilməsinə görə çox sevinirəm və hər bir azərbaycanlı kimi bu oyunları səbirsizliklə gözləyirəm”. Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 24 gün qalıb. Geri dön |