Ana Sayfa > Xəbər > “125-lər” evləri yananlara evlərini açdılar

“125-lər” evləri yananlara evlərini açdılar


19-05-2015, 18:08. Yazar: admin
 “125-lər” evləri yananlara evlərini açdılar
“125-lər Siyasi Klubu” Bakıdakı faciə ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu gün Binəqədi rayonu ərazisində baş vermiş dəhşətli yanğın zamanı dünyasını dəyişmiş həmvətənlilərimizin yaxınlarına və xalqımıza baş sağlığı veririk. Baş vermiş hadisədə məsuliyyəti olan şəxslərin cəzalandırılmasını, bundan sonra da belə halların baş verməməsi üçün bütün təhlükəsizlik tədbirlərinin təcili şəkildə görülməsini tələb edirik. Məlumdur ki, oda davamsız və təhlükəli materialla üzlənmiş binaların sayı çoxdur. İstənilən an eyni hadisə şəhərin başqa bir yerində də baş verə, yeni qurbanlar ola bilər. Biz, vətəndaşların təhlükəsiz bir mühitdə yaşamasından əmin olmaq istəyirik. Bildiyimiz kimi, ölkəmiz Avropa oyunları kimi ciddi bir tədbir ərəfəsindədir, çox güman ki, belə bir həssas durumda total olaraq üzlüklərin sökülməsi və yeniləri, uyğun keyfiyyətlisi ilə əvəz olunması baş verməyəcək, hər halda bu, inandırıcı görünmür. Odur ki, ilkin olaraq, həmin binaların təhlükəsizliyinin təmin olunması, daha sonra isə problemin birdəfəlik həll olunmasına çağırırıq. Öz növbəmizdə, biz, yanğından zərər çəkmiş insanlara yardım etməyə də hazırıq. “125-lər Siyasi Klubu”nun üzvləri olaraq, yanğında evlərini itirmiş vətəndaşlara öz evlərimizi sığınacaq kimi təklif edirik. Qalmağa yeri olmayan vətəndaşlar, dövlətin onları yerləşdirməsinə qədər, bizim evlərimizdə qala bilərlər. Bunun üçün əlaqə nömrələrimizi əlavə edirik.

0702774424, 0702900035, 0502230103”

Geri dön