Ana Sayfa > Xəbər > Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq
Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq6-11-2022, 15:00. Yazar: admin |
8 noyabr Zəfər Günü münasibətilə səhər saat 8:00-dan 13:00-dək paytaxtın küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü nəzərdə tutulub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub. Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində; İkinci Marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı. Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı. DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq: "Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər". Geri dön |