Ana Sayfa > Xəbər > Mədəniyyət nazirinin işdən azad olunan birinci müavini məsuliyyətə cəlb edilib - EKSKLÜZİV
Mədəniyyət nazirinin işdən azad olunan birinci müavini məsuliyyətə cəlb edilib - EKSKLÜZİV4-11-2022, 12:19. Yazar: admin |
Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib. Vertikal.az APA-ya istinadən xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib. Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub. Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Geri dön |