Ana Sayfa > Xəbər > Özbəkistanda Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Özbəkistanda Azərbaycanın Zəfər Günü qeyd ediləcək


1-11-2022, 13:00. Yazar: admin
Özbəkistanda Azərbaycanın Zəfər Günü qeyd ediləcək

Azərbaycanın 8 noyabr - Zəfər Günü münasibətilə Özbəkistanda tədbir keçiriləcək.

“Report”un xəbərinə görə, Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev və deputat Məşhur Məmmədov toplantıda iştirak etmək üçün sabah Daşkənd şəhərinə səfər edəcəklər.

Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbul və bayram tədbirinə bu ölkənin dövlət və hökumət nümayəndələri, Ali Məclisin təmsilçiləri, nazirlər, elm və mədəniyyət xadimləri qatılacaqlar.

Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söhbət açılacaq, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri barədə məlumat veriləcək.

Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistan Ali Məclisində, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində və digər bir sıra görüşləri nəzərdə tutulub.

Səfər noyabrın 5-də başa çatacaq.
Geri dön