Ana Sayfa > Xəbər > Matviyenko Sahibə Qafarova ilə görüşündə Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışıb

Matviyenko Sahibə Qafarova ilə görüşündə Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışıb


28-10-2022, 09:35. Yazar: admin


Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə davam edəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

“Rusiya vasitəçi kimi çıxış edib və iki dövlətə sülh müqaviləsinin imzalanmasında yardımı davam etdirəcək”, - deyə Matviyenko bildirib.
Geri dön