Ana Sayfa > Xəbər > Yanan üzlükləri istehsal edən şirkət bağlandı
Yanan üzlükləri istehsal edən şirkət bağlandı19-05-2015, 17:28. Yazar: admin |
Binəqədi rayonu, Azadlıq prospektində 16 nəfərin ölümünə səbəb olan yanğına görə, bina üzlüklərini istehsal edən “Global Construction” şirkəti bağlanıb AzVision.az xəbər verir ki, hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin əməkdaşları üzlük istehsal edən sexin qapısına möhür vurublar. Sexin əməkdaşları isə bayıra buraxılmır. Şirkətin daxilində araşdırma aparıldığı bildirilir. Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bundan başqa şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur. Geri dön |