Ana Sayfa > Xəbər > Yanan binada itkin düşən azyaşlı qız xəstəxanada dünyasını dəyişib

Yanan binada itkin düşən azyaşlı qız xəstəxanada dünyasını dəyişib


19-05-2015, 17:16. Yazar: admin
Yanan binada itkin düşən azyaşlı qız xəstəxanada dünyasını dəyişib
Bakıda yanan binada itkin düşən azyaşlı qız dünyasını dəyişib.

Bu barədə APA-ya uşağın atası Elnur Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, 3 yaşlı Fərəh xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.


***

saat 16.46

Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.

Bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.

Geri dön