Ana Sayfa > Xəbər > Bakıda binada baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib

Bakıda binada baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib


19-05-2015, 16:46. Yazar: admin
Bakıda binada baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti mərkəzə gətirilib.

Artıq onlardan 7-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırov Firəngiz Rəhim qızıdır (60 yaş).

Geri dön