Ana Sayfa > Xəbər > Rusiyada iş adamı Vahid Ələkbərov məhkəməyə verilib

Rusiyada iş adamı Vahid Ələkbərov məhkəməyə verilib


11-10-2022, 11:00. Yazar: admin


Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərovu məhkəməyə verib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, buna səbəb iş adamının paytaxtın mərkəzində yerləşən evinin damını genişləndirməsi olub.

Rusiyanın ən zənginləri arasında beşinci yerdə qərarlaşan Vahid Ələkbərov Moskvanın mərkəzində yerləşən çoxmərtəbəli binanın damında tikinti layihəsinə başlayıb.

Moskva Şəhər Əmlakı Departamenti hesab edir ki, binanın damında aparılan tikinti piyadalar üçün təhlükə yarada bilər, ona görə də məhkəmədə tikintinin dayandırılması ilə bağlı iddia qaldırılıb.
Geri dön