Ana Sayfa > Xəbər > Peşəkar diplomatiya nəticəsində ölkəmizin milli maraqları təmin olundu

Peşəkar diplomatiya nəticəsində ölkəmizin milli maraqları təmin olundu


10-10-2022, 12:38. Yazar: admin


Oktyabrın 6-sı Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. İlk növbədə cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Memorandumda bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat oldugunu qeyd etmək olar. Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və cografi vəziyyəti Avropa üçün çox önəmlidir. Burada Şimal-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artmışdır. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək.
Azərbaycan-Ermənistan münasibətlərində sülhə yavaş-yavaş yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunmuşdur.
Görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. İkinci Qarabag müharibəsi başa çatdıqdan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Bu günə qədər erməni silahlı birləşmələri bizim torpaqlarımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. QARABAG AZƏRBAYCANDIR !
Qarabagda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdilərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında hazırlanmalıdır. Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Verilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. 5 saatdan artıq davam edən Praqa görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində ölkəmizin milli maraqları təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdinin qarşısı alındı.


Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi



Geri dön