Ana Sayfa > Xəbər > Azərbaycan Ordusunun Kəlbəcər və Laçında mövqeləri atəşə tutulub - VİDEO

Azərbaycan Ordusunun Kəlbəcər və Laçında mövqeləri atəşə tutulub - VİDEO


9-10-2022, 13:25. Yazar: admin


Vertikal.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Geri dön