Ana Sayfa > Xəbər / Manşet > Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb


7-10-2022, 09:44. Yazar: admin


Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

APA-nın xəbərinə görə, bəyanatda deyilir:

“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək.

Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Geri dön