Ana Sayfa > Xəbər / Manşet > Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi şəhid olub - VİDEO

Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi şəhid olub - VİDEO


18-09-2022, 10:00. Yazar: admin


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.


Geri dön