Ana Sayfa > Xəbər > Ermənistan parlamentinin komissiya sədri: İtkilərimiz arta bilər

Ermənistan parlamentinin komissiya sədri: İtkilərimiz arta bilər


16-09-2022, 13:31. Yazar: admin


Sərhəddə ölən erməni hərbçilərinin sayı arta bilər, itkin düşənlər var.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə Komissiyasının sədri Andranik Koçaryan deyib.

“İtkin düşənlər var, onların taleyi bəlli olandan sonra nə qədər ölən və əsir götürülənin olduğu aydınlaşacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan erməni tərəfinin 135 itki verdiyini və bu sayın arta biləcəyini deyib.
Geri dön