Ana Sayfa > Xəbər > Blinken Paşinyanla telefonla danışıb

Blinken Paşinyanla telefonla danışıb


16-09-2022, 09:38. Yazar: admin


ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Vertikal.az APA'ya istinadən bildirir ki, bu barədə “Sputnik Armenia” xəbər verib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.

“Dövlət katibi Azərbaycana və Ermənistana məsələnin sülh yolu ilə həllində yardım göstərməyə sadiq olduğunu bildirib”.

Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.
Geri dön