Ana Sayfa > Xəbər > Azərbaycan prezidenti təxribatlara görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib

Azərbaycan prezidenti təxribatlara görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib


14-09-2022, 09:53. Yazar: admin


Azərbaycan prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

APA-nın xəbərinə görə, dövlət başçısı telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulayıb.


Geri dön