Ana Sayfa > Xəbər > Müdafiə Nazirliyi KİV və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Müdafiə Nazirliyi KİV və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib13-09-2022, 08:29. Yazar: admin |
Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. APA-nın xəbərinə görə, nazirlik bildirib ki, yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir. Geri dön |