Ana Sayfa > Xəbər > Aİ-nin Prezidenti Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini təqdir edib

Aİ-nin Prezidenti Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini təqdir edib


9-09-2022, 09:46. Yazar: admin


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

APA xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib.

"Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni saxlanılanının Bakı tərəfindən azad edilməsi alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir.

Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir",- Mişel vurğulayıb.
Geri dön