Ana Sayfa > Xəbər > “Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb
“Qazprom”: Şimal axını ilə tədarük tamamilə dayandırılıb31-08-2022, 12:46. Yazar: admin |
“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb. “APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir. ““Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, - məlumatda deyilir. Məlumata görə, kəmər vasitəsi ilə qazın nəqli 31 avqust tarixində (Moskva vaxtı ilə saat 04:00) dayandırılıb və 3 sentyabr tarixində (Moskva vaxtı ilə saat 04:00) bərpa ediləcək. Qeyd edək ki, “Nord Stream-1” Rusiya ilə Almaniya arasında magistral qaz kəmərinin Baltik dənizinin dibi ilə keçən hissəsidir. Geri dön |