Ana Sayfa > Xəbər > Tərtərdə müharibə zamanı dağılan evlərin bərpasına 1,3 mln. manat ayrılıb
Tərtərdə müharibə zamanı dağılan evlərin bərpasına 1,3 mln. manat ayrılıb30-08-2022, 09:40. Yazar: admin |
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderə yekun vurub. "APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC seçilib. Müqavilə üzrə “Real-İnşaat”a 1 milyon 298 min manat ödəniləcək. Qeyd edək ki, şirkət Tərtərdə tikinti-bərpa işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır. Geri dön |