Ana Sayfa > Xəbər > Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb26-08-2022, 17:57. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9 796 nəfər vəfat edib, aktiv xəstə sayı 3 667 nəfərdir. Ölkədə son sutka ərzində 3 659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb. Geri dön |