Ana Sayfa > Xəbər > ABŞ-dan “ən qəti cavab” tələb edildi: “Ukraynada müharibə “həlledici məqam”dadır”

ABŞ-dan “ən qəti cavab” tələb edildi: “Ukraynada müharibə “həlledici məqam”dadır”


18-08-2022, 12:21. Yazar: admin
ABŞ-dan “ən qəti cavab” tələb edildi: “Ukraynada müharibə “həlledici məqam”dadır”

20-yə yaxın milli təhlükəsizlik eksperti və mütəxəssisi ABŞ-ı Ukraynaya daha çox silah tədarük etməyə çağırıb.

Buna səbəb kimi müharibənin “həlledici məqamda” olduğu bildirilib.

Ekspertlərin fikrincə, hərəkətsizlik ABŞ və onun müttəfiqləri üçün “ciddi təhlükə” yarada bilər.

“Rusiyanın eskalasiyasını (həm adi, həm də nüvə) təhrik etməkdə həddən artıq ehtiyatlı davranırıq. Bununla da faktiki olaraq təşəbbüsü Rusiya Prezidenti Vladimir Putinə veririk. Nəticədə də Moskvaya müharibəni dayandırmaq və danışıqlara ciddi yanaşmaq üçün təzyiqləri azaltmış oluruq”, - deyə bununla bağlı məlumatda qeyd edilir.

“Moskvanın Ukrayna xalqına qarşı imperialist müharibəsi sadəcə mənəvi təhqir deyil. Bu, həm də Ukrayna xalqını xəritədən silmək üçün nəzərdə tutulmuş soyqırımı kampaniyasıdır. ABŞ-ın təhlükəsizliyi və rifahı üçün də açıq təhdiddir”, - deyə bildirilir.

Onlar ABŞ hökumətindən bu məsələdə “ən qəti cavab” tələb ediblər. Eyni zamanda düzgün silahlandırma və dəstəklə Ukraynanın müharibədə qalib gələ biləcəyini vurğulayıblar.

Mənbə: UNİAN
Geri dön