Ana Sayfa > Xəbər > “Nar” mobil haqda da soyğunçu faktlar

“Nar” mobil haqda da soyğunçu faktlar


19-05-2015, 09:39. Yazar: admin
“Nar” mobil haqda da soyğunçu faktlar
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan narazılıqlar səngimək bilmir. Onların abunəçilərə qarşı özbaşınalığı, fırıldağı, müxtəlif kampaniyalar çərçivəsində vətəndaşın pulunun məsrəf olunması, gündəlik göndərilən “sms”lər etiraz doğurub.

TİA-az mobil operatorların barəsində şikayətləri ictimailəşdirir və elektron poçtumuza daha bir oxucu tərəfindən məktub daxil olub. Məktubda “Azerfon” (Nar) mobil operatorundan şikayət var. Abunəçi yazır ki, mobil operatorların soyğunçuluq siyasətindən əziyyət çəkib. Onun sözlərinə görə, mobil operatorların qiyməti və keyfiyyətindən narazı qaldığı üçün tez-tez nömrəsini dəyişirdi.
Abunəçi qeyd edir ki, son 1 ildir Nar mobil operatorundan istifadə edir: “Onu deyim ki, Azercell ve Bakcell-le müqayisədə Azerfonun qiymətləri azı üç dəfə sərfəlidir. Lakin Azerfonun şəbəkəsi çox zəifdir. İnternetin ssürəti isə bərbad vəziyyətdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Azerfon-dan şikayət etsəm də, xeyri olmadı”.
Abunəçi bildirir ki, ölkədə mobil operatorların danışıq tarifləri çox bahadır. O, deyir ki, Rusiyanın “Megafon” mobil operatorunda abunəçi cəmi 36 qəpik ödəməklə gündəlik 200MB internet paketi alır.
Azərbaycanın isə Bakcell mobil operatoru 10 qəpiyə gündəlik 25MB internet paketi verir. Amma Bakcell-de keyfiyyət bərbaddır.
Türkiyənin “Avea” mobil operatorunda 8 manat 75 qəpik ödəməklə aylıq ölkədaxili 1000 dəqiqe, 1000 ölkədaxili SMS ve 2GB internet paketi əldə edir. Təklif edərdim ki, Azercell, Azerfon ve Bakcell kimi soyğunçu şirkətlərin fəaliyyəti dayandırılsın.

Geri dön