Ana Sayfa > Xəbər > Separatçılar Kiyevə ultimatum və 24 saat vaxt verdi
Separatçılar Kiyevə ultimatum və 24 saat vaxt verdi13-03-2015, 15:35. Yazar: admin |
“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun döyüşçüləri Kiyevə ultimatum veriblər. Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, “DXR”-in “Xalq Şurası”nın “vitse-spikeri” Denis Puşilin Minsk razılaşmasının təhlükə altında olduğunu bildirib. “Minsk prosesi və fevralın 12-də imzalanmış Minsk razılaşmasının icrasından imtina edə bilərik. Məsələ ondadır ki, münaqişənin siyasi tənzimlənməsi tədbirlər kompleksinin ayrılmaz hissəsidir.Ukrayna Ali Radası 14 mart tarixinə qədər Donetsk və Luqansk vilayətlərinin ayrı rayonlarına xüsusi statusun verilməsi haqqında qərarı qəbul etməyə məcburdur. Öhdəliklərin yerinə yetirilməsi üçün Kiyevin 24 saat vaxtı qalıb. Əgər göstərilən qərar Ali Rada tərəfindən qəbul edilməsə, bütün dünya Kiyevin Minskdə imzalanmış “yol xəritəsi”nə tərəfdar olmadığını görəcək”, - Puşilin deyib. Ukrayna mediasının yazdığına görə, Ali Rada Donbas hövzəsində yerli muxtariyyətin təşkili haqqında qətnaməyə gələn həftə baxa bilər. Geri dön |