Ana Sayfa > Xəbər > Azərbaycan XİN rəhbəri: Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir

Azərbaycan XİN rəhbəri: Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir


9-08-2022, 22:09. Yazar: admin


Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir.

APA xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Ermənistan bunu şifahi olaraq qəbul edir, lakin praktikada ləngidir.

Nazir, müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına zərər verməyin heç kəsə faydası olmadığını vurğulayıb.

Ceyhun Bayramov müzakirələrə paralel olaraq Azərbaycan ərazisində Ermənistanla sərhədə qədər həm quru, həm də dəmir yollarının inşasının müvəffəqiyyətlə davam etdirildiyini, işlərin 50 faizdən çoxunun tamamlandığını qeyd edib. XİN rəhbəri əlavə edib ki, 2023-cü ildə Azərbaycan öz ərazisində bu işləri tamamlayacaq.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən prosesin ləngidilməsini nəzərə alaraq, Azərbaycan eyni zamanda, İranla memorandum çərçivəsində Araz çayı üzərində iki körpünün inşasına başlayıb.
Geri dön