Ana Sayfa > Xəbər > Şəhid Samir Xudiyev torpağa tapşırıldı - YENİLƏNİB

Şəhid Samir Xudiyev torpağa tapşırıldı - YENİLƏNİB


6-08-2022, 12:37. Yazar: admin

Şəhid Samir Xudiyev torpağa tapşırıldı - YENİLƏNİB
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu dəfn olunub.

“Report”un məlumatına görə, onun cənazəsi yaylım atəşləri altında Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

09:42

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu ilə vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi qəsəbədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Geri dön