Ana Sayfa > Xəbər > Azərbaycan Ordusunun şəhid olan əsgəri Şəmkirdə dəfn olunub - FOTO

Azərbaycan Ordusunun şəhid olan əsgəri Şəmkirdə dəfn olunub - FOTO


4-08-2022, 12:10. Yazar: admin


Azərbaycan Ordusunun dünən şəhid olan hərbi qulluqçusu Şəmkirdə dəfn edilib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmilli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.



Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.

Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.

Allah rəhmət eləsin![s][/s]
Geri dön