Ana Sayfa > Xəbər > Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat adlandırdı
Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat adlandırdı15-05-2015, 16:58. Yazar: admin |
Hazırda ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev keçmiş prezident Ayaz Mütəllibovun 1992-ci ilin may ayında dövlət başçısı postundan istefa verməsi ilə bağlı mütəmadi açıqlamalarla çıxış edir. O, modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb. Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib. O, həmin sayta açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür: “Ona cavab verməyi özümə borc və rəva bilmirəm”. Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoy nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”. Geri dön |