Ana Sayfa > Xəbər > “Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” – Ekspertdən HƏYƏCAN TƏBİLİ

“Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” – Ekspertdən HƏYƏCAN TƏBİLİ


9-07-2022, 11:27. Yazar: admin
“Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” – Ekspertdən HƏYƏCAN TƏBİLİ

“Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq”.

VERTIKAL.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu fikirlər iqtisadçı-ekspert Eldəniz Əmirova məxsusdur.

Ekspertin sözlərinə görə, bu vəziyyəti fürsətə çevirib qazananlar da olacaq:

“Amma bu iqtisadi aktiv əhalinin heç min də biri qədər deyil. Qapanma qərarının Avropada verilməsinə baxmayaraq, dünyada neft-qaz qiymətlərinə də təsir edir. Nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq.

Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə maliyyə vəsaiti lazım olacaq.

Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə infilyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq.

Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların infilyasiyaya da təsir çox pis olacaq.

Bu il iqtisadiyyatın “gül-çiçək açdığı” 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ilidir. Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”.
Geri dön