Ana Sayfa > Xəbər > Deputat: “Adama sual verərlər ki...”
Deputat: “Adama sual verərlər ki...”15-05-2015, 15:36. Yazar: admin |
“Bir insan ki, öz milli kimliyini inkar edə, öz ölkəsinin əleyhinə fəaliyyət göstərə, o, azərbaycanlı deyil və Azərbaycanın adından danışmağa mənəvi haqqı yoxdur”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elman Məmmədov söyləyib. Onun sözlərinə görə, Avropa Oyunları öncəsi müxalifətin fəallaşması gözlənilən idi: “Bu qüvvələr həmişə təxribatçı fəaliyyətlə məşğul olublar. Nə zaman ki, Azərbaycanda mötəbər tədbir keçirilir, həmin zaman təxribatçı çağırışları ilə gündəmə gəlirlər. Bakıda keçirilən “Eurovision” yarışması öncəsi də baykot çağırışları səsləndirirdilər. İlk Avropa Oyunları öncəsi də oxşar taktikadan istifadə edirlər. Onlar iddia edir ki, guya Azərbaycanda söz azadlığı yoxdur. Adama sual verərlər ki, ölkədə söz azadlığı yoxdursa, siz bu çağırışları necə səsləndirirsiniz? Bu gün Azərbaycanda istər söz, istər mətbuat azadlığı ən yüksək səviyyədə qorunur, demokratik dəyərlər hökm sürür. Biz bu göstəricilərə görə, Avropanın özü üçün nümunə sayıla bilərik. Kimlərsə, ölkədə olan demokratik şəraitdən sui-istifadə edib, daxildə təxribat yaratmağa, sabitliyi pozmağa çalışırsa, əmin olsun ki, öz çirkin məqsədlərinə nail olmayacaq. Kimin nə deməsindən və hansı arzuda olmasından asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarıa ən yüksək səviyyədə ev sahibliyi edəcək və bir ilkə imza atacaq”. Geri dön |