Ana Sayfa > Xəbər > İlk Avropa Oyunları ilə bağlı nəqliyyat vasitələri sınaqdan keçiriləcək
İlk Avropa Oyunları ilə bağlı nəqliyyat vasitələri sınaqdan keçiriləcək15-05-2015, 15:08. Yazar: admin |
Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlğı sınaqdan keçirəcək. Bakı 2015 Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Bu, iyunun 12-də start götürəcək ilk Avropa Oyunları üçün Bakı 2015-in hazırladığı əməliyyat proqramlarının sınaqdan çıxarılması ilə bağlıdır. Bakı 2015 ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur: - Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə; - Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri; - Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları. Geri dön |