Ana Sayfa > Xəbər > 49 saylı uşaq baxçasında “özbaşınalıq”-ŞİKAYƏT

49 saylı uşaq baxçasında “özbaşınalıq”-ŞİKAYƏT


13-03-2015, 15:06. Yazar: admin
49 saylı uşaq baxçasında “özbaşınalıq”-ŞİKAYƏT
Azərbaycandakı uşaq bağçalarının fəaliyyəti barədə həmişə tənqidlər eşidilib və bu, belə davam edir. Bu barədə prezident İlham Əliyev də bu problemə toxunub. O qeyd edib ki, bağçalarda uşaqlar ya ac qalır, ya da ki evlərindən özləri ilə yemək gətirirlər. Prezident deyib ki, uşaq bağçalarında körpələrə verilən yeməyi yeyib, suyunu içənlər var: “Bu, dözülməz haldır. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranıb”.Qeyd edək ki, ölkə başçısının imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib. Bolgexeber.com-un əməkdaşı bağçalardakı vəziyyəti öyrənmək üçün onlardan birinə baş çəkib, lakin müdirlə görüşə bilməyib. Baş çəkdiyimiz Nərimanov rayonunda yerləşən 49 saylı bağçasıdır. Buranın tərbiyəçiləri deyir ki, bağçada kifayət qədər uşaq var: “Amma qəbul dayandırılıb”.Qəbul ancaq müdirəni gördükdən sonra həyata keçə bilər. Bu da cəmiyyətdə “ŞİRİNLİK” adlanır. Belə ki, baxçanın müdirəsi İslamova Elvira 300-500 manat pul aldıqdan sonra uşağı baxçaya yerləşdirir. Elə bu sözləri, valideynlərdə təsdiq edə bilər. Lakin bu məsələ davam edir. Belə ki uşağı baxçaya yerləşdirdikdən sonra valideyn aylıq 20 manat pul ödəməlidir. Həmçinin bayramlarda və müdirənin ad günündə belə pul yığımı davam edir.Araşdırmalarımız nəticəsində 49 saylı uşaq baxşasının müdirəsi İslamova Elvira valideynləri uşaqların qidalanması, və baxçada olduğu vaxtı hansı şəraitdə keçirir heç bir məlumat vermir. Bu məsələ ilə bağlı baxçanın müdirəsinə müraciət edib görüşmək istəsək də heç bir açıqlama vermədən telefon dəstəyini asdı. BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.

Geri dön