Ana Sayfa > Xəbər > İyad bin Amin Mədəni Bakıya gəlir

İyad bin Amin Mədəni Bakıya gəlir


15-05-2015, 13:23. Yazar: admin
İyad bin Amin Mədəni Bakıya gəlir
Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün bir sira nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və nazirləri Bakıya gələcəklər.

SalamNews xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, turizm naziri Nikolina Anjelkova, mədəniyyət naziri Vecdi Rəşidov, Qətərin İnformasiya və mədəniyyət naziri Həməd Bin Əbdüləziz Əl-Kuvari, Litvanın mədəniyyət naziri Sarunas Birutis 2015-ci ilin 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2015-ci ilin 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.

Geri dön