Ana Sayfa > Xəbər > Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi sürətlə aparılır - VİDEO
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi sürətlə aparılır - VİDEO23-06-2022, 14:12. Yazar: admin |
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən sürətlə davam etdirilir. Bu barədə “APA-Economics” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Yolun texniki göstəriciləri: Yolun uzunluğu - 81.6 km; Yolun texniki dərəcəsi - I; Hərəkət zolaqlarının sayı - 4-6 ədəd; Hərəkət zolağının eni - 3.5 m; Torpaq yatağının eni - 21.5-29.5 m; Hərəkəti hissəsinin eni - 14-21 m; Yol çiyinlərinin eni - 3.75 m x 2. Yerinə yetirilən iş: - 137 müxtəlif diametrli su ötürücü boru - 7 200 p/m; - 30 yeraltı keçid - 1110 m; - 7 avtomobil körpüsü - 763 p/m; - 7 avtomobil tuneli – 6358 m; - 9 viaduk - 1980 m. Viaduklar (körpü tipli nəqliyyat qurğusu): 1-ci viaduk - 57 km-də, 175 m; 2-ci viaduk - 61.6 km-də, 245 m; 3-cü viaduk - 62.5 km-də, 270 m; 4-cü viaduk - 65.1 km-də, 150 m; 5-ci viaduk - 69.67 km-də, 140 m; 6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m); 7-ci viaduk - 78.7 km-də, 295 m; 8-ci viaduk - 79.3 km-də, 185 m; 9-cu viaduk - 79.7 km-də, ortalama 380 m (sol-410 m, sağ-350 m). Tunellər: 1-ci Tunel - 53.9 km-də, ortalama 3340 m (sol 3330 m, sağ-3350 m); 2-ci Tunel - 69.9 km-də, ortalama 315 m (sol 344 m, sağ-286 m); 3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ- 550.2 m); 4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ-680.6 m); 5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ-510.2 m); 6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431, sağ 507.8 m); 7-ci Tunel - 80.6 km-də, ortalama 495.1 m (sol 430, sağ-482.3 m). Geri dön |