Ana Sayfa > Xəbər > Məşhur fransız aktyor vəfat edib

Məşhur fransız aktyor vəfat edib


18-06-2022, 00:53. Yazar: admin
Məşhur fransız aktyor vəfat edib

Fransız aktyor və rejissor Jan-Lui Trentinyan 92 yaşında vəfat edib. Bu barədə “France-Presse” agentliyi onun həyat yoldaşına istinadən xəbər verib.

Aktyor “bu gün səhər saatlarında Qar rayonundakı evində, yaxınlarının əhatəsində, qocalıqdan dünyasını dəyişib”.

Aktyorun ən məşhur işləri “Kişi və qadın”, “Məhəbbət”, “Ötüşmə”, “Və Allah qadını yaratdı” filmləridir.

Mənbə: Komsomolskaya pravda
Geri dön