Ana Sayfa > Xəbər > Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI


17-06-2022, 14:00. Yazar: admin

Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16 812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 173 178 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Geri dön