Ana Sayfa > Xəbər > Orqan Transplantasiyası Mərkəzinin açılacağı tarix məlum olub

Orqan Transplantasiyası Mərkəzinin açılacağı tarix məlum olub


17-06-2022, 13:34. Yazar: admin


“Orqan Transplantasiyası Mərkəzinin yaxın bir-iki ayda açılışı olacaq”.

Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir deyib ki, Mərkəzin iş prinsipi barədə ictimaiyyətə geniş məlumat veriləcək:

“Donorlar, orqana ehtiyacı olanların bazaları barədə məlumatlar təqdim olunacaq. Artıq təmir-tikinti işləri başa çatmaqdadır, müasir bir Mərkəz olacaq”.
Geri dön