Ana Sayfa > Xəbər > Bin Ladenin köməkçisinə hökm oxunacaq

Bin Ladenin köməkçisinə hökm oxunacaq


15-05-2015, 12:34. Yazar: admin
Bin Ladenin köməkçisinə hökm oxunacaq
Mayın 15-də Osama bin Laden-in keçmiş köməkçisinə hökm oxunacaq. O, 1998-ci ildə Afrikada ABŞ-ın iki səfirliyinin partladılmasında təqsirli bilinib.

Nyu York federal məhkəməsi Khaled al-Fawwaz- a ömürlük həbs kəsə bilər.

Kenya və Tanzaniyadakı hücumlarda 10-dan çox amerikalı daxil olmaqla, 224 nəfər həlak olmuşdu.

Vəkilləri deyir ki, al-Fawwaz həmin hücumlarda kiçik rol oynayıb və ömürlük həbs ala bilməz. Ancaq prokurorlar al-Fawwaz-i Al-Qaeda lideri olmaqda, şəbəkənin terror mesajını Qərb dünyasına çatdırmaqda təqsirli bilir.

Onun həmçinin terrorçu təlim düşərgəsinə rəhbərlik etdiyi bildirilir.

Səudiyyə Ərəbistanında anadan olmuş al-Fawwaz 2012-ci ildə Böyük Britaniyaya ekstradisiya olunub.

Geri dön