Ana Sayfa > Xəbər > Zakir Nuriyev: "Rusiya ilə hesablaşmalarda Azərbaycan banklarında hər hansı problem yaşanmayıb"

Zakir Nuriyev: "Rusiya ilə hesablaşmalarda Azərbaycan banklarında hər hansı problem yaşanmayıb"


16-06-2022, 13:34. Yazar: admin


"Sanksiyalara baxmayaraq Rusiya ilə Azərbaycan bankları tərəfindən kifayət qədər aktiv şəkildə hesablaşmalar həyata keçirilir və onların həyata keçirilməsində hansısa ləngimələr yoxdur".

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Geri dön