Ana Sayfa > Xəbər > Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək

Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək


9-06-2022, 23:12. Yazar: admin


Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin.
Geri dön